Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vahid Quliyevin şərəfli döyüş yolunu, qəhrəmanlığını öyrənmək, gənc nəslə çatdırmaq vacibdir

0

  •         I Qarabağ müharibəsinin igid döyüşçüsü, tankçı Vahid Quliyev Azərbaycanın Milli Qəhrəmanı, yahudi əsilli tankçı Albert Aqarunov adına təsis olunmuş ordenlə təltif edilib. Quliyev Vahid Nurməmməd oğlu 1954-cü ildə Kosalar kəndində anadan olub. O, Mingəçevir İnşaat Texnikumunu fərqlənmə diplomu ilə bitirib. Texnikumu bitirdikdən sonra Xankəndində tikinti idarəsində iş icraçısı vəzifəsində çalışıb. Onun bütün fəhlələri ermənilər idi. Öz peşəsini yaxşı bildiyi üçün, ermənilər ona bir söz deyə bilməzdi. 1988-ci il hadisələri başlananda evini məcburən tərk edir. Şuşa şəhərində müvəqqəti məskunlaşan Vahid, Şuşa “Tikinti quraşdırma idarəsi”ndə baş mühəndis işləyir. Bundan sonra, həyatını Şuşanın müdafiəsinə bağlayır. Ələ keçirdikləri topla Şuşadakı tar sexinin yanından, Xankəndinə yüzlərlə  top mərmisi atmışdır. Bir dəfə də binoklla baxarkən, görür ki, ermənilər Kərkicahan kəndinin üstündəki meşədə çadır qurublar. Topu tuşlayıb elə sərrast atəş açır ki, çadırla birlikdə erməni kafirləri havaya uçurlar. Şuşanın icra başçısı Mikayıl Gözəlov Vahidi tanıyır, onunla fəxr edirdi.
            Amma xainlik, satqınlıq baş alıb gedirdi. Vahidi hədələyir, Şuşadan getməyini tələb edirdilər. Odur ki, Vahid döyüş dostu Ziyəddin Quliyevlə Kosalara gəlir. O, səriştəli tank idarəçisi kimi, döyüşlərdə ad-san qazanmışdı. Vahid Almaniyada tank qoşunları ordusunda xidmət etdiyi üçün, tankın dilini əla bilirdi. Buna görə də tankı Vahidə verirlər. Bir neçə gün Şuşada vuruşur, sonra doğma kəndin müdafiəsi üçün Kosalara gəlir. Elçin Həsənovla birlikdə tankı idarə edir. Xankəndinə və ətraf kəndlərə mərmi yağdırır. Mübağiləsiz demək olar ki, onun atdığı mərmilər yüzlərlə erməni öldürmüşdür.
            1992-ci il, may ayının 9-u idi. Artıq Şuşa şəhəri düşmən əlinə keçmişdir. Kosalar kəndinə hər tərəfdən erməni-rus hərbi birləşmələri yeridildi. Qarabağda düşmən əlinə keçməmiş yeganə yaşayış məntəqəsi olan Kosalar kəndi köməksiz qalmışdı. Vahid və onun silahdaşlarının səyi ilə əhali çıxmağa müvəffəq oldu. Son anda Vahid düşmən əlinə keçməsin deyə “Qara pələng” adlandırdığı sevimli tankını yandırdı. Bu onun üçün çox ağır idi. Çünki, bu Kosalara olan ümidin sonu demək idi.
    Döyüşlərdə aldığı sarsıntı və iztirablar nəticəsində ağır xəstəlik keçirmişdir.
            Vahid Quliyev keçdiyi şərəfli döyüş yolu ilə qürurlu həyat yaşayır. Onun döyüş yolunu, qəhrəmanlığını öyrənmək, gənc nəslə çatdırmaq vacibdir. Vahidin igid topçu olduğunu Şuşa və Kosalar camaatı yaxşı bilir.
            Vahid Quliyevin ən böyük arzusu Qarabağa, doğma yurd yerlərinə qayıtmaqdır.

    Nəşrə hazırladı: Bəyməmməd QULİYEV
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib57 dəfə
    Vahid Quliyevin şərəfli döyüş yolunu  qəhrəmanlığını öyrənmək gənc nəslə çatdırmaq vacibdir

    Maraqlı gələ bilər
    0
    45
    42
    46